- Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika və xeyli sayda canlı qüvvə cəlb ediblər.