Bu sözləri müsahibəsində Türkiyədə fəaliyyət göstərən “Yeni Çağ” Media Qrupun rəhbəri Aqil Ələsgər bildirib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan A.Ələsgər deyib: “Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamında da vurğulandığı kimi, Türkiyə ilə Azərbaycan arasında çox dərin bağlar var. Bunu gələcəyə daşımaq bizim ən böyük borcumuzdur və burada gənclərin qardaşlıq ruhunda yetişməsi də olduqca vacib məqamdır”. (AZERTAC)