Bunu Şuşa şəhərində "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O qeyd edib ki, artıq Ağdam sənaye parkının 21 rezidenti, 6 qeyri rezidenti var: Bu ilin birinci yarısında bir neçə müəssisənin açılışı gözlənilir. Burada xeyli iş yeri yaradılır. Artıq burada çalışmaq istəyən insanlar müəssisə sahiblərinə yönəldilir. Həmçinin Ağdama köçəcək insanlar kənd təsərrüfatı sahəsində də çalışacaqlar”.
Bəşir Hacıyev onu da bildirib ki, hazırda Füzuli şəhərinə 527 ailənin köçü həyata keçirilib. Bu ayın 15-də daha 35 ailənin köçü planlaşdırılır. Cari ilin aprel ayının sonunadək 800-dən çox ailənin köçü başa çatacaq. (AZƏRTAC)