15.12.2024, 23:51
AZ EN
05.03.2024, 07:11 307

Cəbrayıl rayonunda 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbiri keçirilib

XƏBƏRLƏR
  • 4 mart 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbində “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Gənclər və İdman sektorunun rəisi Emil Məstəliyev, ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, məktəbin müəllim və şagird kollektivi iştrak ediblər.

“Dünyanızı yaşıllaşdırıaq” devizi altında ağacəkmə və ətraf ərazinin tullantılardan təmizlənməsi ilə başlanan tədbir məktəbin 9-cu sinif şagirdi Hüseynova Şəbnəm Daşqın qızının rəsm sərgisi ilə davam edib.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş idmançılarımızın, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər idmançıları bayram münasibəti ilə təbrik edərək bildiriblər ki, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən hər il mart ayının  5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu əlamətdar tarixi gün xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşərək, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Bu ənənəni uğurla davam etdirəm  Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Ölkə başçısının müvafiq Sərancamı ilə 2012-ci il Azərbaycanda “İdman İli” elan edilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə artır. İndi nəinki paytaxt Bakıda, bütün bölgələrimizdə müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir, mükəmməl idman infrastrukturu yaradılıb.

Daim Azərbaycan bayrağını qürurla dalğalandıran idmançılarımız Vətən müharibəsində də böyük qəhrəmanlı nümayiş etdiriblər. Müharibədə iştrak edən 500 idmançının 54-ü şəhidlik zirvəsinə yüksəlib, 67-si isə yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini bir daha sübut edir.

Sonda yarışlarının keçirilməsində səmərli fəaliyətlərinə və “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə bir qrup idmançı  Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Fəxri fərmanı ilə təltif olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər