09.06.2025, 15:59
AZ EN
19.03.2024, 12:34 350

Laçınlı məcburi köçkünlərin qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2024-cü il 18 mart tarixində Bakı şəhəri Suraxanı rayonu ərazisində - Laçın rayonunun 18 nömrəli tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir. 

44 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə-müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər