Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məntəqədə əlilliyi olan şəxslər ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri, habelə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunur. Ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə indiyədək 200-dək şəxsə xidmətlər göstərilib.
Yaradılacaq digər regional DOST mərkəzlərində də “RehaPoint” Məntəqəsi qurulacaq. (AZƏRTAC)