16.12.2024, 02:32
AZ EN
02.03.2024, 08:15 167

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2024-cü il 1 mart tarixində Ağcabədi rayonunun Taxta Körpü ərazisində 245 ailəlik məcburi köçkünlər qəsəbəsində - Muğan Məmmədov adına Laçın rayonunun 2 nömrəli Qarakeçdi kənd tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilmişdir. 

53 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə-müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Oxşar xəbərlər