13.03.2025, 21:50
AZ EN
14.07.2023, 14:00 398

Ofelya Salmanova: “Ən böyük arzumuz odur ki, işğaldan azad edilən ərazilərimizdə yenidən həyat başlasın, düşünürəm ki, o zaman şəhidlərimizin ruhu daha rahat olar”

XƏBƏRLƏR

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova İTV-yə açıqlamasında bildirib ki, 2020-ci il 14 iyul tarixi mənim ailəm üçün böyük bir itkinin olduğu tarixdi, böyük bir faciənin yaşandığı tarixdi. Üyni zamanda Azərbaycan xalqının 30-ə yaxın bir müddətdə əziyyət çəkdiyi müharibənin sonu və tələbə tarixinin başlanğıcıdır: “Əlbəttə, biz şəhidlərimizlə qürur duyuruq. Düzdür,  şəhid ailəsi olaraq içimizdəki yara heç vaxt sağalmır, əksinə, deyim ki, hər gün bir az daha artan yaradır. Polad Həşimovun yoxluğu hər gün bizi bir az daha ağrıdır, incidir. Amma eyni zamanda qürur duyuruq ki,  Polad Həşimovun qaoyduğu yolu onun zabitləri əsgərləri  qətiyyətlə davam etdirdilər və torpaqlarımız bu gün işğaldan azaddır. Xalqımıza əmin-amanlıq arzulayıram. Bir daha şəhidlərimiz olmasın, müharibə olmasın və ən böyük arzumuz odur ki, işğaldan azad edilən ərazilərimizdə yenidən həyat başlasın, düşünürəm ki, o zaman şəhidlərimizin ruhu daha rahat olar”, - deyə Ofelya Salmanova bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR