20.09.2024, 06:48
AZ EN
21.11.2022, 17:48 331

Bu gün Məqsəd Həsənovun doğum günüdür!

XƏBƏRLƏR
  • Sən rahat uyu Şəhidim uğrunda canını fəda etdiyin doğma Qarabağımız düşmən tapdağından azad edildi. O çox sevdiyin bayraq vardı, ha, o bayraq indi işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvədə dalğalanır. Sənin və sənin kimi igidlərimizin canı-qanı bahasına əldə etdiyimiz qələbəmiz sayəsində. Ruhun şad olsun igidim! Əbədi məkanında mövludun mübarək!

Həsənov Məqsəd Mahir oğlu 1991-ci il noyabrın 21-də Ağdam rayonunda anadan olmuşdur. 1997-ci ildə Yevlax rayonunun Türk Çadır Şəhərciyində ilk təhsilini almağa başlamışdır. Məqsəd hələ uşaq ikən hərbçi olmaq istəyirdi. O, 6-cı sinifi bitirəndən sonra öz ailəsinə dəstək olmaq üçün işləməyə başlamışdı. 2006-cı ildə Məqsədin ailəsi 2-ci Baharlı qəsəbəsinə köçmüş, Məqsəd isə təhsilini orada davam etdirmişdir.

2008-ci ildə Məqsəd Həsənov həqiqi hərbi xidmətə çağrılıb. Hərb peşəsini sevdiyi üçün ordu sıralarında qalmaq istəyib. Lakin ailənin yeganə oğul övladı olduğuna görə valideynləri razı olmayıb.

Hərbi xidmətini bitirdikdən sonra işləmək üçün Qazaxıstana gedib. Lakin ailəsi bu işinə də narazı olduğu üçün o, Ağdam rayonuna geri qayıdıb. Sonra Bakıya gəlib  hərbi kursa yazılıb. Bu zaman atası rəhmətə gedib. O, daha sonra hərbi xidmətini Gədəbəydə davam etirib, 3 ildən sonra yaşayış yeri Ağdam olduğuna görə Ağdam rayonuna ezam olunub. Məqsəd 2018-ci ildə ailə həyatı qurub. Ailəsi ilə birlikdə Goranboyda yaşamağa qərar verib və orada N saylı hərbi hissədə qulluğunu davam etdirib.

Vətən mühqribəsi başlayanda isə Məqsəd Həsənov ilk gündən döyüş bölgəsinə yollanıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə atılıb və qəhrəmənlıq nümayiş etdirərək düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub, bir neçə hərbi texnikasını sıradan sıradan çıxarıb.

O, anası ilə tez-tez əlaqə saxlayır, hər şeyin yaxşı olduğunu, ondan narahat olmamaları üçün onlara ürək-dikər verirmiş.  Noyabrın 7-də Məqsədin hərbi maşını düşmən tərəfindən partladılır. O, anasına zəng vuraraq bildirir ki, onun maşınında olan döyüş yoldaşları şəhid olub və əlavə edib ki, kaş ki, mən də şəhid olardım. O özünə şəhidlik arzulayıb. Sonuncu dəfə oktyabrın 5-də ailəsi ilə əlaqə saxlayıb. 

Qəhrəmanımız Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb. Yaralı olmasına baxmayaraq yaralı yoldaşlarını bir-bir döyüş meydanındn çıxarıb, özü isə oktyabrın 7-də qəhrəmancasına şəhidliyin zirvəsinə yüksəlib.

Məqsəd Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR