Vətəndaşların müraciətləri Zəngilan rayon İcra hakimiyyəti başçısı Ramiz Həsənov tərəfindən dinlənilib. Qaldırılan məsələlərin hər biri qeydə alınaraq, qanunamüvafiq formada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirilib. Bəzi məsələlərin həlli istiqamətində idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD