Görüşdə çıxış edən RİH başçısı Bayram Səfərov bildirdi ki, qısa bir zamanda Böyük Qayıdışın çərçivəsində Prezident cənab İlham Əliyevin sərəncam və tapşırıqları ilə görülən işlər hər kəsin diqqətindədir. Yeni yolların çəkilməsi, dini abidələrimizin təmir və bərpası, infrastrukturun qurulması tezliklə bu ərazilərin tam bərpa olacağından xəbər verir. İstər ölkə vətədaşları, istərsə də ölkəmizə səfər edən insanlar işğaldan azad olunan ərazilərimizə səfər edərkən böyük quruculuq işlərini görür və bu hər kəsi sevindirir. Azərbaycanda ötən illər ərzində hər bir sahədə müsbət irəliləyişlərə nail olunması bir daha deməyə əsas verir ki, ölkədə dayanıqlı inkişaf uğurla təmin edilib.
İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinlədi. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olundu, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verildi.
Hazırladı: Mina RƏŞİD