22.09.2024, 05:55
AZ EN
28.02.2024, 13:55 243

“Xocalı cəlladı”nın Əsgərandakı boş qalan villası...

XƏBƏRLƏR
  • 1988-ci ildən Qarabağda terrorçu qruplarından birinə də Vitali Balasanyan  başçılıq edirdi. Bəli, bu Qarabağda böyük iddialarda olan  “Xocalı cəlladı” adını qazanmış Vitalidir. Bu erməni qulduru azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, çirkin əməllərə görə terrorçu dövləti tərəfindən böyük imtiyazlara da sahib olub. O, Qarabağda belə əməllərinə görə general-mayor rütbəsinə qədər yüksəlib.   

Bu günlərdə İctimai Televiziyanın xüsusi müxbiri Şöhrət Eyvazov Vitali Balasanyanın doğma torpağımızda - Əsgəranda tikdirdiyi villadan reportaj hazırlayıb. Məlum olub ki, erməni qaniçəninin villasının birinci mərtəbəsindəki otaq çoxu erməni dilində olan kitablardan, xəritələrdən  ibarət kitabxanadır. İkinci mərtəbədə isə onun hələ tikdirib başa çatdıra bilmədiyi mansarıdır ki, buradan baxanda Əsgəran qalası çox aydın görünür. Ş.Eyvazov V.Balasanyanın Xocalı müsibəti zamanı Qarqar çayı boyunca dərədə qaçan köməksiz azərbaycanlılara necə divan tutmasından da danışdı. Məlum olduğu kimi bu azğın erməni Xocalı sakinlərinə verilən işgəncələrlə bağlı xüsusi amansızlığı ilə seçilirmiş...

Şükürlər olsun ki, bu gün torpaqlarımız, o cümlədən, Xocalı da düşmən əsarətindən azaddır və tezliklə öz sakinlərinə qovuşacaq. V.Balasanyanın Əsgərandakı villası isə boş qalıb. Onun əşyaları, mundirləri və papağı yiyəsizdi. Öz adına istehsal etdirdiyi içki şüşəsi də yarımçıq durur... Necə deyərlər, Qarabağda yediyi-içdiyi burnundan gəlib, torpağımız ayağının altından qaçıb və o günahkar zalım canını götürüb qaçıb.  

Torpağımıza göz dikənlərin axırı belə olub və həmişə də belə olacaq.  “Xocalı cəllad”ları da bir gün öz layiqli cəzalarını alacaqlar.

Mina RƏŞİD

Oxşar xəbərlər