23.11.2024, 01:55
AZ EN
21.02.2024, 10:57 307

Ana, məndən narahat olma...

XƏBƏRLƏR
  • Əkram Vətən müharibəsində 30 gün vuruşub. Onun qardaşı Camal da müharibədə iştirak edirdi. Həmişə anası ilə danışanda deyirdi ki, ondan  narahat olmasın, qələbə bizimlə olacaq. Onu da deyirdi ki, atamgilin yarımçıq arzularını biz həyata keçirəcəyik. Qubadlıda şəkil çəkdirib atasına göndərmişdi. İndi həmin şəkli bağrına basan atası deyir ki, şəhid balam arzusuna qovuşdu...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, kiçik çavuş Əkram Azad oğlu Abdullayevin doğum günüdür. O, 1998-ci il fevralın 21-də Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub. 2016-cı ildə şəhid Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbini bitirib. 2017–2019-cu illərdə N saylı hərbi hissədə xidmət edib. 2019-cu ildə yenidən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər kimi Vətənə xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun kiçik çavuşu Əkram Abdullayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə iştirak edib. O, Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.  2020-ci il oktyabrın 29-da Laçın istiqamətində gedən qanlı döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz doğma Cəlilabadda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əkram Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər