07.05.2025, 23:23
AZ EN
15.02.2024, 09:52 364

Bu il 5 şəhərə və 15 kəndə 20 min məcburi köçkün qayıdacaq

XƏBƏRLƏR
  • Bu il 20 min keçmiş məcburi köçkün öz doğma yurduna qayıdacaq.
"Vətən səsi" xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qeyd edib: "Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq".
 
Dövlət başçısı bildirib ki, "Böyük qayıdış" proqramının birinci mərhələsi üzrə Tədbirlər Planı nəzərdə tutulduğu şəkildə icra edilir. Həmin plana əsasən, işğaldan azad edilmiş torpaqlarda bu ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkün yerləşdirilməlidir: "Artıq yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb".

Elxan SALAHOV

Oxşar xəbərlər