22.09.2024, 00:17
AZ EN
14.02.2024, 13:24 275

BDU Laçındakı “Simurq” kitabxanasına kitablar hədiyyə edib

XƏBƏRLƏR
  • Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının, İnformasiya və sənəd menecmenti fakültəsinin dəstəyi, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Laçın şəhərindəki “LaCinema” kinoteatrının nəzdində fəaliyyət göstərən “Simurq” kitabxanasına 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə 412 nüsxə kitab hədiyyə edilib.

Bu barədə BDU-dan məlumat verilib.

Hədiyyə olunan ədəbiyyatların içərisində Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, universitetin professor-müəllim heyətinin fəaliyyətini əks etdirən nəşrlər, həmçinin müəllifi olduqları dərslik və dərs vəsaitləri, bədii əsərlər yer alıb.

Xatırladaq ki, fevralın 4-də açılan kitabxana Laçına yeni köçmüş sakinlərin təşəbbüsü ilə görkəmli maarifçi, yazıçı Tağı Şahbazi Simurğun şərəfinə “Simurq” adlandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər