20.09.2024, 00:17
AZ EN
23.04.2024, 16:36 157

“Vətən sağ olsun!” adlı görüş keçirilib

XƏBƏRLƏR
  • Görüşdə Qubadlı şəhər sakini, 44 günlük Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən, Bakı əməliyyat Taborunda qrup komandiri olmuş, döyüşlərdə 9 güllə yarası ilə ağır yaralanmış Qazimiz 2-ci qrup müharibə əlili Baş leytenant Sənan Həsənov iştirak edib.

Əvvəlcə tədbirin moderatoru Fərəh Quliyeva qazimiz haqqında iştirakçıları məlumatlandırıb.

Sonra qazi Sənan Həsənov keçdiyi şərəfli döyüş yolundan, Şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışıb.  Qəhrəmanımız gənclər tərəfindən verilən sualları da ətraflı şəkildə cavablandırıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik, Qazilərimizə can sağlığı arzulayırıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR