Qeyd edək ki, 22 yaşlı şəhid Paşayev Abdulla Sultan oğlu Gəncə şəhərində doğulub. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış o bir əsgər kimi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb. A.Paşayev Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Abdulla Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Ruhu şad olsun!
Mina RƏŞİD