19.10.2024, 00:21
AZ EN
31.01.2024, 11:29 276

Laçınlı Sevinc xanımın üçqat sevinci - VİDEO

XƏBƏRLƏR
  • Doğma yurduna qayıtmış Sevinc Cabbarova hazırda üçqat sevinc hisslərini yaşamaqdadır. Təcrübəli pedaqoq işğaldan əvvəl Laçın şəhərindəki 2 saylı tam orta məktəbin ilk məzunlarından olub. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz yurduna qayıtdıqdan sonra doğma təhsil ocağına rəhbərlik edir. Sevinc xanım üçün bunlardan heç də az əhəmiyyət kəsb etməyən, qürurverici üçüncü səbəb də var: bu da 7 fevral prezident seçkiləridir.

“Vətən səsi” Xəbər verir ki, S.Cabbarova doğma yurdunda yaşadığı hisslərini "secki-2024.az" saytı ilə bölüşüb. 

S.Süleymanova

Oxşar xəbərlər