Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilən ərazilərdə dəyən ziyanla əlaqədar sənədlərin toplanması istiqamətində işlər aparılıb.
İşğaldan azad edilmiş ərazilərdə 1991-ci ilədək mövcud olan daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb. Nəticədə 25 minə yaxın sənəd aşkar edilərək Qarabağ rəqəmsal informasiya sisteminə daxil edilib. (Trend)