23.12.2024, 22:11
AZ EN
26.01.2024, 12:49 321

Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulu keçirilmişdir

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Bərdə rayonu 588 ailəlik Yeni yaşayış massivində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirilib.  

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.

Səyyar görüş-qəbulda 27 nəfər iştirak edib.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər