20.10.2024, 17:10
AZ EN
26.01.2024, 07:11 273

Füzuli sakini: “Çox həyəcanlıyam”

XƏBƏRLƏR
  • “Füzuliyə qayıdışımla bağlı çox həyəcanlıyam”.

Bunu keçmiş məcburi köçkün, Füzuli sakini Rəqsanə Məmmədova deyib.

“Allah cənab Prezidentimiz İlham Əliyevə can sağlığı versin, bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan şəfa diləyirəm.

Çox şadam ki, ailəmlə doğma yurduma qayıdıram. Füzulini tərk edən 5 yaşım vardı. Füzuli ilə bağlı çox anlar yadımda qalıb. Allah hər kəsin yolunu açıq eləsin”, - R.Məmmədova deyib.

“Füzuli ilə bağlı xatirələrim o qədər xoşdur ki, onu ifaə etməyə çətinlik çəkirəm. Oranı anamla birlikdə tərk eləmişdim. Təəssüf ki, anam dünyasını dəyişib. Bu gün Füzuliyə öz ailəmlə, övladlarımla qayıdıram”.

O, qeyd edib ki, Füzuli ilə bağlı bir sıra planları var: “Füzulidə bəzi işləri görmək istərdim. Planlarım var. İnşallah arzularıma çataram”. (Report)

Oxşar xəbərlər