19.10.2024, 12:25
AZ EN
24.01.2024, 13:42 275

Abşeron rayonunda Zəngilan sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşan Zəngilan rayon sakinləri ilə keçirilib.

Müraciətlər əsasən yeni ailə təsərrüfatının yaradılması, Zəngilan rayonunun Şayıflı kəndinə köç prosesi zamanı ilk köç siyahısına adlarının əlavə olunması, ünvanlı sosial yardım alınmasına köməklik göstərilməsi barədə olub.

Səyyar qəbulda müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verilib. Bir neçə müraciətlə bağlı vətəndaşlara ətraflı izahat verilib, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.

Mina RƏŞİD

Oxşar xəbərlər