22.11.2024, 01:17
AZ EN
24.01.2024, 08:37 387

Qərbi Azərbaycanla bağlı təbliğat kompaniyaları genişləndirilir

XƏBƏRLƏR
  • “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyaya uyğun fəaliyyətlərimizi qururuq, torpaqlarımıza qayıdışımızı dəstək nümayiş etdiririk”.

Qərbi Azərbaycan İcmasının Çəmbərək Rayon Qadınlar Şurasının üzvlərinin ilk iclası keçirilib və öncə Ulu Öndərimiz heydər Əliyevin və bütün Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclas Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirdiyi fikirlərlə başlayıb. Prezidentimizin “Qərbi Azərbaycanda, Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib”, – fikirləri gündəmə gətirilərək müzakirələrə səbəb olub.

Sonra gündəmdə duran təşkilati məsələlərdən danışılıb. Proqramın təşkili, daxili iş planı, fəaliyyətlərə məsul şəxslərlə tanışlıq olub. Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon Qadınlar Şurasının tərkibi rayon kənd icmalarının və fəal Qərbi Azərbaycan Çəmbərək rayonu qadınlarının tərkibindən formalaşıb. Şuranın tərkibində alimlər, dövlət və özəl sektorun nümayəndələri olan fəal, vətənpərvər, vətənlərindən qaçqın düşmüş, ürəkləri vətən həsrətli, bilikləri beynəlxalq müstəvidə tanınan və fəaliyyət göstərən, dil bacarıqları mükəmməl olanlar bir komandada birləşərək Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının müddəlarına uyğun olaraq fəaliyyətlərin icrasında qadın hərəkatının başlanmasını təklif ediblər. 

Sonra Qərbi Azərbaycan İcmasının Çəmbərək Rayon Qadınlar Şurasının tərkibi seçilib:

Məhluqə Gülməmməd qızı Rəhimova (Qaramanlı) Çəmbərək rayon Qadınlar Şurasının sədri, Validə Şirin qızı Ağamalıyeva  isə Çəmbərək rayon Qadınlar Şurası sədrin müavini seçiliblər.

Oxşar xəbərlər