20.10.2024, 09:45
AZ EN
22.01.2024, 09:52 182

Cənnətdəki doğum günün mübarək

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Elvin Elçin oğlu Bayramovun doğum günüdür. O, 1998-ci il yanvarın 22-də Cəlilabad rayonunun Adnali kəndində anadan olub. S.Səfərov adına Adnali kənd tam orta məktəbini bitirib. Lənkəran Dövlət Universitetində ali təhsil alıb. 2020-ci ildə hərbi xidmətə yollanıb.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Elvin Bayramov 2020-ci il oktyabrın 29-da Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücum zamanı qəhrəmancasına  şəhadətə ucalıb.

Şəhidimiz böyük izdihamla doğma Cəlilabadda torpağa tapşırılıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elvin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər