Bu sözləri Bakıdan Füzuli rayonuna yanvarın 22-də yola salınan keçmiş məcburi köçkün Taleh Əhmədov deyib.
"Allaha çox şükür ki, haqq-ədalət öz yerini tapdı. Otuz il düşmən tapdağında olan torpaqlarımız azad olundu və doğma yurd həsrətimiz sona çatdı. Hələ gənc yaşlarımda yurdumuzdan köçkün düşdük. İndi isə ailəmlə ata ocağıma qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur”, - deyə Füzuli sakini bildirib.
Məcburi köçkün kimi Abşeron rayonunda yaşadığını söyləyən Taleh Əhmədov Birinci Qarabağ müharibəsinin də iştirakçısı olduğunu qeyd edib. (AZƏRTAC)