19.10.2024, 20:29
AZ EN
22.08.2024, 14:02 248

Özəl şirkət Ağdərə və Xocalıda mühafizə xidməti göstərəcək

XƏBƏRLƏR
  • Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərində mülki mühafizə xidmətinin təşkili özəl şirkətə həvalə edilib.

"Vətən səsi" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin bunla bağlı keçirdiyi tenderin nəticələri belə deməyə əsas verir. Belə ki, həmin təşkilatın ötən ay elan etdiyi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında mühafizə xidməti” tenderin qalibi “Gesco” ASC seçilib. Artıq mühafizə xidmətlərinin təşkili ilə bağlı sifarişçi təşkilatla qalib şirkət arasında ümumi dəyəri 138 min 60 manat olan müqavilə də imzalanıb.

Xatırladaq ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları, habelə Qarabağ iqtisadi zonasına aid bir sıra yaşayış məntəqələri Azərbaycan ordusunun ötən ilin sentyabrında keçirdiyi lokal xarakterli antioterror tədbirləri zamanı erməni separatçılarından təmizlənib. Hazırda həmin ərazilərdə bərpa və yenidənqurma tədbirləri, o cümləndən dağıdılmış infrastrukturların və xidmət sahələrinin işlək vəziyyətə gətirilməsinə yönəlik layihələr həyata keçirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər