Bu sözləri Füzuliyə qayıdan keçmiş məcburi köçkün Ağgül Məmmədova söyləyib.
Ailəsi ilə birlikdə Füzuliyə qayıtdığını vurğulayan keçmiş məcburi köçkün Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirib. Füzulidəki xatirələrini unutmadığını, doğma el-obalarını görmək üçün səbirsizləndiyini deyib.
“Bu gözəl günləri bizə yaşadan Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm", - deyə o qeyd edib. (AZƏRTAC)