22.11.2024, 04:43
AZ EN
19.01.2024, 13:18 298

Heykəltəraş Azad Aslanovun əsərləri Füzuli Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə olunub

XƏBƏRLƏR
  • Füzuli Rayon Mədəniyyət Evinin direktoru Anar Ağayevin təşəbbüsü ilə əslən Füzuli rayonundan olan, Bakı şəhər sakini, heykəltəraş mərhum Azad Aslanovun əl işlərindən ibarət, Azərbaycanın qəhrəmanlıq tarixini əks etdirən "Atlı", Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş "Etüd" adlı heykəllər və "Mən Azadam" adlı kitab gənc heykəltəraşın anası Rəna Məmmədova tərəfindən Füzuli Tarix- Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Qeyd edək ki, gənc heykəltaraş Azad Aslanovun həyat və yaradıcılığından bəhs edən "Mən Azadam" adlı kitabın müəllifi anası Rəna Məmmədovadır.

Qonaqlar əvvəlcə muzeyin ekspozisiya bölümü ilə yaxından tanış olublar. Daha sonra incəsənət nümunələri muzeyin direktor vəzifəsini icra edən Xalisə Məmmədovaya təqdim edilib, əməkdaşlarla birgə mövzu ətrafında müzakirə aparılıb. Sonda Muzeyin direktor vəzifəsini icra edən Xalisə Məmmədova və şöbə müdiri Elçin Əsədov müəllifi olduqları "Zəfərin Amili" və "Vətəni canından artıq sevənlər" adlı kitablarını, o cümlədən muzeyin bukletlərini qonaqlara hədiyyə ediblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR