Səyyar görüş rayonun idarə, müəssisə və təşkilat nümayəndələri və Xocalı rayon sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.
Səyyar qəbulda 47 Xocalı sakini iştirak edib.
Mina RƏŞİD