İnformasiya Kommunikasiya və Texnologiyaları Agentliyinin xəbərinə görə, sistem müraciətlərin operativ və obyektiv araşdırılması məqsədilə yaradılıb.
Vətəndaş https://e-complaint.icta.az linkinə klik etməklə “Şəxsi kabinet”inə daxil olub internet, mobil rabitə, mobil internet və telefon rabitəsi sahələri üzrə xidmətindən narazı olduğu operator və provayderlərdən İSP-yə şikayət edə bilər.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir. (APA)