23.12.2024, 04:48
AZ EN
08.01.2024, 09:23 343

2026-ci ildək Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox məktəb fəaliyyətə başlayacaq

XƏBƏRLƏR

"Qarşıdakı 10 il elm və təhsil sahəsində prioritet Böyük Qayıdış olacaq. İşğaldan azad olunmuş ərazilərdə bu il 5 məktəbdən danışırıqsa, 2026-ci ilə qədər 100-dən artıq məktəbin fəaliyyəti bərpa olunmalıdır".

"Vətən səsi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində bildirib. Nazir deyib ki, işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin formalaşdırılması və fəaliyyətinin təşkili öz-özlüyündə mürəkkəb proses olsa da, işlər yarımçıq qalmamalıdır: "Ona görə ki, məcburi köçkün məktəbləri bağlanır və işğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılır. İnsanlar öz yurdlarına qayıdır. Bizim müəllimlərimizin əksəriyyəti də sevinə-sevinə qayıdırlar. Ümumiyyətlə, çox böyük tələb görürük. Ağalı məktəbində 10-11 yerə bir neçə yüz müəllim müraciət etmişdi. Bu, çox yaxşı haldır. Proses davam edəcək".

Nazir bildirib ki, Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universiteti də 2024-cü ilin əsas layihələrindən biri olacaq: "Bu universitetə qayıdış və 2024-cü ilin sentyabrında Xankəndidə artıq azərbaycanlı tələbələrin tədrisinin təşkili qürurverici bir istiqamətdir. Düşünürəm ki, bu da kifayət qədər ambisiyalı prosesdir".

Elxan SALAHOV

Oxşar xəbərlər