22.11.2024, 18:17
AZ EN
30.12.2023, 19:10 257

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

XƏBƏRLƏR
  • ABŞ-nin Vaşinqton şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Ölkəmizin ABŞ-dəki səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycan icmasının nümayəndələri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxışlarında icma üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

Səfir X.İbrahim qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin və igidlərimizin şücaəti və qəhrəmanlığının nəticəsidir. Diplomat 2024-cü ildə birgə səylərimizin daha da fəal olacağına və birlikdə Azərbaycanımızın daha gözəl gələcəyi üçün səylər göstərəcəyimizə ümid ifadə edib. Səfir qalib Azərbaycanın adının ABŞ-də yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diaspor fəallarına minnətdarlığını bildirib.

Bayram tədbiri musiqi proqramı ilə davam edib.

Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib. (Report)

Oxşar xəbərlər