Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Nəcəf Abdulov söyləyib. O bildirib ki, Laçına qayıtmaqlarına görə şəhidlərə və qazilərə, eləcə də Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizə borcludurlar.
Nəcəf Abdulov deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq”la düşmənin başını əzərək torpaqlarımızı işğaldan azad etdi”. (AZƏRTAC)