Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib.
Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. (APA)