02.08.2025, 00:34
AZ EN
30.12.2023, 11:07 400

“YAŞAT” Fondu və “AzİnTelecom”un birgə təşkilatçılığı ilə şəhid övladları üçün növbəti layihə reallaşdırılıb

XƏBƏRLƏR
  • “YAŞAT” Fondu tərəfindən artıq 3-cü dəfədir həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi bu dəfə cari ilin sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanlarımızın əmanətlərini sevindirib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə reallaşdırılan layihə ümumilikdə 133 şəhid övladını əhatə edib. "Hədiyyə karvanı" dekabrın 25-də yola düşüb və hədiyyələrin paylanılması dekabrın 30-da yekunlaşıb. Şəhidlərimizin əmanətlərinin hədiyyələrini onlara Şaxta baba təqdim edib.

Layihə Bakı şəhəri ilə yanaşı respublikanın digər bölgələrini də əhatə edib.

“AZİnTelecom”un dəstəyi ilə baş tutan layihə çərçivəsində ümumilikdə 133 hədiyyə qutusu ünvanlara çatdırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər