Bu gün İkinci Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan xüsusu təyinatlı kəşfiyyatçı Toğrul Habil oğlu Xudiyevin doğum günüdür. O, 1999-cu il dekabrın 29-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq Vətənə xidmət edən Toğrul Xususi təyinatlı kimi bir çox təlimləri uğurla başa vurub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Toğrul Xudiyev könüllü olaraq döyüşlərə qatılan ilk əsgərlərdən olub. O, müharibənin sonuna qədər mərdliklə vuruşub.
Toğrul Şuşa azad edildiyi gün qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Beyləqan rayonunda Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Toğrul Xudiyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Doğulduğu rayonda şəhidimizin müqəddəs adına bulaq inşa edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Toğrul balamız!
Mina RƏŞİD