25.04.2025, 09:03
AZ EN
25.12.2023, 17:27 318

Bu gün şəhid Kamil Şixmuradovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidimiz Kamil Şixmuradovun doğum günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu olan Kamil Şixəmməd oğlu Şixmuradov 25 dekabr 1978-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. 1997-1999-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2014-cü ildə isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıdıb.

2016-cı ildə "Aprel döyüşləri"nin iştirakçısı olan Kamil Şixmuradov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib və noyabrın 6-da qəhrəmancasına şəhid olub.

Kamil Şixmuradov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər