Bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ikinci günündə Zirədə keçirilən ağacəkmə aksiyasında tədbirin iştirakçısı olan hər bir qonağın adına ağac əkilib:
"Əsası qoyulan bu ənənə növbəti illərdə də davam etdiriləcək. Bu ərazidə böyük bir Qərbi Azərbaycan parkı salınacaq".
Deputat bildirib ki, konfransın ilk günündə baş tutan panel sessiyada qonaqlara Qərbi Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumat verilib:
"Bugünkü tədbir isə Qərbi Azərbaycan irsi ilə bağlıdır. Soydaşlarımız Qərbi Azərbaycanda zəngin mədəni irs qoyublar. Bu irsi emənilər ən müxtəlif formada saxtalaşdırıblar.
Bununla bağlı sərgi nümayiş etdirilib. Eyni zamanda, bu gün musiqimiz, mətbəximiz, mədəniyyətimiz təqdim olunacaq. Məqsədimiz odur ki, qonaqlar bu dinləmələrlə kifayətlənməsinlər və bilsinlər ki, o ərazilərdəki mədəni irsimizə qarşı vəhşilik törədilib". (Report)