18.06.2025, 08:49
AZ EN
20.12.2023, 13:21 345

Azad edilən ərazilərə köçürülənlərin seçkiyə hansı formada qatıla biləcəyi açıqlanıb

XƏBƏRLƏR
  • "Azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: “Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə biləcək”,- deyə M.Pənahov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər