Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, budəfəki həftə 12-14 yaş aralığında olan iştirakçıları əhatə edib.
Açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah olunub və suallar cavablandırılıb.
Hoteldaxili əyləncə, hovuz saatlarında, futbol və voleybol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar əyləncəli və xoş vaxt keçiriblər. Parkur saatında birincilik uğrunda mübarizə də marağa səbəb olub.
"ABAD" tərəfindən keçirilən təlimdə uşaqlar praktik biliklər əldə ediblər. Hotelin dəstəyi ilə kulinariya mövzusunda reallaşdırılan ustad dərsində isə dadlı təamlar hazırlanıb.
ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Xalq artisti Aygün Kazımova möhtəşəm canlı ifaları və dəstəyi ilə düşərgəni daha da rəngarəng edib.
Həftə çərçivəsində düşərgə iştirakçıları Səid Əsədzadənin və Zeynəb Paşazadənin doğum günləri də qeyd olunub. (AZƏRTAC)