22.11.2024, 23:17
AZ EN
13.12.2023, 07:54 303

Doğma ocağına qayıdan Füzuli sakini: Sevincimizin həddi-hüdudu yoxdur

XƏBƏRLƏR
  • “Bu gün çox sevincli və qürurlu günlərdən birini yaşayırıq. Doğma el-obama - Füzuli rayonuna qayıdıram. Hamımız bu xoş günün gələcəyini ümid edirdik. Bizə bu şərəfli günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarliğımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, məğrur qazilərimizə isə səbir və şəfa diləyirəm".

Bu sözləri dekabrın 13-də Bakıdan Füzuli rayonuna yola salınan keçmiş məcburi köçkün Cəmilə Quliyeva söyəlyib.

Keçmiş xoş günlərini yada salan həmsöhbətim deyib: “30 il əvvəl doğma Füzuli rayonundan erməni hərbçiləri tərəfindən zorla çıxarılıb. Allaha çox şükür ki, haqq-ədalət öz yerin tapdi. Bizim doğma yurd həsrətimiz sona yetdi. Bu hadisələri mən gənc yaşlarımda yaşamışam. O vaxt ata-anamla Bakıya köçdük. İndi isə öz ailəmlə doğma ata ocağıma qayıdıram. Sevincimizin həddi-hüdudu yoxdur".

Qeyd edib ki, otuz ildən çoxdur məcburi köçkün kimi Xırdalan şəhərində yaşayıb. (AZƏRTAC)

Oxşar xəbərlər