Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Cəmil Abbasov söyləyib.
Binəqədi rayonu 2 nömrəli yataqxanada məskunlaşdığını bildirən C. Abbasov deyib: “Artıq bütün ağrı-acılar geridə gəldi, çünki torpaqlarımız işğaldan azad olunub və biz oraya qayıdırıq".
O, torpaqlarımızı işğaldan qurtaran Azərbaycan Ordusuna minnətdarlığını bildirib, Vətən uğrunda canlarından keçən şəhidlərə rəhmət, onların ailələrinə səbir diləyib.