Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, məktəb direktorları və test administratorları iştirak ediblər.
Görüşdə çıxış edən Fuad Bədəlov qiymətləndirmənin məqsədindən, beynəlxalq əhəmiyyətindən, bu sahədə məktəblərin üzərinə düşən vəzifələrdən, bu proqram ilə qiymətləndirilən sahələrdən danışıb.
Daha sonra idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən, aparıcı məsləhətçi Nərmin Musayeva qiymətləndirmədən əvvəl, qiymətləndirmə ərzində və qiymətləndirmədən sonra görüləcək işlərlə bağlı təqdimatla çıxış edib.
Qeyd edək ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır.
Tahirə AĞAMİRZƏ