21.09.2024, 23:59
AZ EN
06.12.2023, 09:56 264

Gələn il Kəlbəcərə ilk köç başlayacaq

XƏBƏRLƏR
  • Gələn ildən Kəlbəcərə ilk köç başlayacaq. İlkin mərhələdə 201 sakinin köçürülməsi nəzərdə tutulub. Bu barədə Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib. Bu məqsədlə Kəlbəcərdə yenidənqurma işləri davam etdirilərək çoxmənzilli evlərin də tikintisinə başlanılıb. Kəlbəcər şəhəri yaxınlığında sənaye zonalarının və məhəllələrinin salınması da nəzərdə tutulub.

Məsim Məmmədov bildirib ki, Kəlbəcər rayonunda ikinci mərhələdə 22-yə yaxın çoxmərtəbəli binanın tikintisi nəzərdə tutulub: “Ondan əlavə orda sosial mədəni binaların tikintisi, yəni mərkəzi kommunikasiya xətlərinin  salınması, mərkəzi yolun çəkilməsi, bunların hamısı təxminən hesab edirik ki, yaz aylarında birinci mərhələdə başa çatmalıdır. Yay aylarının əvvəlində isə Kəlbəcər şəhərinə ilk sakinlər qayıda biləcəklər. Ondan sonra  tikilən evlərin, yəni 22  çoxmənzilli binanın, ondan əlavə fərdi evlərin sayına uyğun olaraq 2000, 2500 nəfər sakinlərin Kəlbəcərə köçürülməsi nəzərdə tuulub”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər