21.09.2024, 13:30
AZ EN
02.12.2023, 20:55 236

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

XƏBƏRLƏR
  • Həştərxandakı Azərbaycan İş Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edən şəxslərin mükafatlandırılması mərasimi keçirilib.

Həştərxan vilayəti hökuməti sədrinin müavini Denis Afanasyev mərasimdə çıxış edərək, il ərzində vilayətdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. “Biz bu tədbirlərin bir hissəsini öz regionumuzda, digər hissəsini isə Həştərxan vilayətinin Nərimanov rayonunda təşkil etmişik. Təntənəli tədbirlər, həmçinin Azərbaycanda, Abşeron rayonunda keçirilib”, - deyə o qeyd edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbirlərin bütün iştirakçılarına minnətdarlığını bildirib. O, iştirakçıların Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən mükafatlandırıldığını diqqətə çatdırıb.

Sonra Həştərxan vilayətinin bir sıra müəssisə və təşkilatlarına Heydər Əliyev Fondunun xatirə diplomları təqdim olunub. Həştərxandakı Azərbaycan İş Mərkəzinin nümayəndəsi Nəsimi Məmmədov isə Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri, o cümlədən Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə “Volqa Dövlət Su Nəqliyyatı Universiteti” Ali Tədris Müəssisəsinin filialında - Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda olublar. Qonaqlar filialda Heydər Əliyev adına auditoriya ilə tanış olublar.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirlər proqramı Azərbaycanın və Həştərxan vilayətinin incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsertlə başa çatıb. (AZERTAC)

Oxşar xəbərlər