19.10.2024, 23:13
AZ EN
29.11.2023, 07:04 285

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün çox həyəcanlı və sevincliyəm

XƏBƏRLƏR
  • Bu gün Laçına qayıtdığım üçün çox həyəcanlı və sevincliyəm. Uzun illərdən sonra doğma yurda qayıtmaq çox gözəl hisslərdir. Bu günləri yaşadığımız üçün Allaha şükürlər olsun.

Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Laçın sakini Hürnisə Alyarova söyləyib.

Laçın rayonunun Əhmədli kəndindən olduğunu vurğulayan keçmiş məcburi köçkün əlavə edib: “Mən torpaqlarımızın işğaldan azad olunmasında əməyi olan Azərbaycan Ordusuna minnətdarlığını bildirirəm ki, onların sayəsində biz doğma yurdumuza qayıdırıq”. (AZƏRTAC)

Oxşar xəbərlər