RİH başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikamızda, eləcə də işğaldan azad edilmiş doğma yurd yerlərimizdə, o cümlədən Şuşada aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli infrastruktur layihələrindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, Prezident cənab İlham Əliyevin uğurlu xarici və daxili siyasətindən danışıb.
Səyyar qəbulda sakinlər Şuşaya qayıdış, iş və mənzillə təmin olunma, qeydiyyat və digər sosial məsələlərlə bağlı müraciət etmişlər. Bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Hazırladı: Mina RƏŞİD