Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirdə həmçinin üç il ərzində görülən bərpa-quruculuq işləri barədə də məlumat veriləcək: "Azərbaycan iki həftə davam edəcək konfransda öz pavilyonu ilə təmsil olunacaq. Pavilyonun qurulmasına və təchizatına Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. Həmin pavilyonda müxtəlif panel sessiyalar keçirilməsi də planlaşdırılır". (Report)