09.06.2025, 15:34
AZ EN
27.11.2023, 08:20 396

Keçmiş məcburi köçkün: Müharibə veteranı olaraq doğma yurduma qayıtmağıma görə çox sevinirəm

XƏBƏRLƏR
  • Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Şükürlər olsun ki torpaqlarımız işğaldan azad edildi. Azərbaycan xalqına bu əziz və zəfər günləri yaşadan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həm də Vətən uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan igid oğullarmıza Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Cəsur və məğrur qazilərimizə şəfa, möhkəm iradə arzulayıram.

Bu sözləri noyabr 27-də Bakıdan Füzuli rayonuna yola düşən keçmiş məcburi köçkün Cəmil Abbasov deyib.

“30 il əvvəl Qarabağ uğrunda gedən döyüşlərin birində yaralandım. Amma buna baxmayaraq, illərdir qəlbimdə qisas hissi qalmaqda idi. Bu dəfə biz döyüş meydanında qalib olduq, torpaqlarımız azad edildi, suverenliyimiz tam bərpa olundu. Bu gün isə gözəl təbiəti, dağları olan doğma yurduma qayıdıram. Azərbaycan əsgəri, müharibə veteranı olaraq doğma yurda qayıtmağıma, bu gözəl günə görə çox sevinirəm”, - deyə Cəmil Abbasov bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər