Bu sözləri Füzuli sakini Ziya İsgəndərov noyabrın 24-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən keçmiş məcburi köçkünlərin Füzuli rayonuna yolasalma mərasimi zamanı deyib.
"Allah şəhidlərimizə rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm. Qazilərimizə isə cansağlığı arzulayıram. Onlar Ali Baş Komandanın bir çağırışı ilə birləşib, "dəmir yumruğ"a dönərək düşmənin başını əzdi", - deyə keçmiş məcburi köçkün bildirib.
Hər zaman doğma yerlərə qayıdacağına böyük ümidi olduğunu söyləyən Ziya İsgəndərov deyib ki, o ümidlər reallığa çevrilib: “Bu anları mənə yaşatdığına görə ordumuza minnətdaram”
Qeyd edək ki, bununla da Füzuli şəhərində 283 ailə, yəni 1 000 nəfərin daimi məskunlaşması təmin edilib. (AZƏRTAC)